Zəlzələdən sonra polis gücləndirilmiş iş rejiminə keçdi

Zəlzələ ilə bağlı Bakı şəhəri və ətraf ərazilərdən hər hansı dağıntı və tələfatla bağlı məlumat daxil olmayıb.

Zəlzələdən sonra polis gücləndirilmiş iş rejiminə keçdi
Zəlzələ ilə bağlı Bakı şəhəri və ətraf ərazilərdən hər hansı dağıntı və tələfatla bağlı məlumat daxil olmayıb.

Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

Daxili İşlər Nazirliyi tərəfindən zəlzələ ilə əlaqədar xüsusi tapşırıqlar verilib.

Bildirilib ki, polis gücləndirilmiş iş rejiminə keçib:

"Xidmətə əlavə qüvvə cəlb edilməklə, fasiləsiz xidmət təşkil edilib. Həyəcan yaradan xüsusi hal müşahidə edilmir. Bütün informasiyalar diqqətlə izlənilir".

Qeyd edək ki, Siyəzən stansiyasından 60 km şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 5,6 təşkil edib. Yerin 68 km dərinliyində qeydə alınan zəlzələ hiss olunub.