İspan klubunun qapıçısı ciddi xəsarət aldı

İspaniyanın La Liqa təmsilçisi "Las Palmas"ın qapıçısı Yasper Sillessen oyun zamanı ciddi xəsarət alıb.

İspan klubunun qapıçısı ciddi xəsarət aldı
İspaniyanın La Liqa təmsilçisi "Las Palmas"ın qapıçısı Yasper Sillessen oyun zamanı ciddi xəsarət alıb.

meqale.com-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, qolkiper XXIX turda "Selta" ilə görüşdə rəqib hücumçu Borxa İqlesiasla toqquşmadan sonra xəstəxanalıq olub.

Meydandan xərəkdə çıxarılan 35 yaşlı niderlandlı qapıçı deşilmiş bağırsağının korreksiyası üçün əməliyyat olunub. Əməliyyat laparoskopik üsulla həyata keçirilib. Ancaq onun sağalama müddəti ilə bağlı ətraflı məlumat verilməyib.