İspaniyalı futbolçu Azərbaycan klubunda

"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.

İspaniyalı futbolçu Azərbaycan klubunda
"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan meqale.com-a verilən məlumata görə, Tovuz təmsilçisi İspaniyanın "Sportinq Xixon" komandasının yetirməsi olan yarımmüdafiəçi Alexandro Qarsiya Serranonu transfer edib.

28 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Serrano karyerası ərzində "Malyorka", "Selta", "Salamanka", "Kornelya", "Qurnik" (Polşa) klublarının formasını geyinib. O, son olaraq Bolqarıstan təmsilçisi "Hebar"ın şərəfini qoruyub.