İsrailə qarşı beynəlxalq təzyiqlərin artacağı istisna edilmir - Rufiz Hafizoğlu
İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatların fonunda Tel-Əvivə qarşı beynəlxalq təzyiqlərin artacağı istisna edilmir.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu sözləri Trend BİA-nın direktor müavini, "Türk Dünyası" (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu ARB 24-ə açıqlamasında deyib.
R.Hafizoğlu qeyd edib ki, intensiv hərbi əməliyyatların aparılmasına baxmayaraq, İsrail hədəflərinə nail ola bilməyib, əksinə, hərbi əməliyyatlar nəticəsində 16 min dinc insanın ölməsi İsrailin beynəlxaq nüfuzuna ciddi xələl gətirib.