İsrailin Azərbaycandakı səfirliyi Beynəlxalq Ədalət Məhkəməsinə etiraz etdi

"Beynəlxalq Ədalət Məhkəməsində baş verənlər ədalət sözünün təhrifidir və insan haqlarına inanan hər kəs üçün biabırçılıqdır".

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı Səfirliyinin instaqram hesabında paylaşım edilib.

Paylaşımda 7 oktyabr qətliamının qurbanlarının yanında olduqları, bununla belə, öldürülənlər, zorlananlar, qaçırılanlar, kişilər, qadınlar və uşaqlar üçün ədalətin bərqərar olacağına dair söz verilib.

Xatırladaq ki, Cənubi Afrika Respublikası 7 oktyabrdan bəri İsraili Qəzza əhalisinə qarşı soyqırım törətməkdə ittiham edərək, Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldırıb.