İstanbulda binaya ildırım düşdü - ANBAAN VİDEO
Türkiyənin İstanbul şəhərində yerləşən Maliyyə Mərkəzindəki binalardan birinə ildırım düşməsi hadisəsi baş verib.
meqale.com yerli mediaya istinadən xəbər verir ki, hadisə anı ərazidə olanlar tərəfindən kameraya çəkilib və görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş şəkildə yayılıb.
Qeyd edək ki, ildırımın düşdüyü binada ciddi fəsadların olub-olmaması barədə hələlik rəsmi açıqlama verilməyib.