Qırmızı bülletenlə axtarışda olan narkotik kartelinin lideri SAXLANILDI
İstanbulda keçirilən "Kartel Əməliyyatı" ilə "Kompanio Bello" adlı narkotik kartelinin lideri Dritan Rexhepi saxlanılıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin "X" sosial şəbəkəsində məlumat paylaşılıb.
Məlumata görə, Cənubi Amerikadan Avropaya narkotik daşınması ilə məşğul olan kartel lideri qırmızı bülletenlə axtarışda idi.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya əməliyyatın təfərrüatlarını paylaşıb. Belə ki, Dritan Rexhepi İtaliya və Albaniyanın səlahiyyətli qurumları tərəfindən qəsdən adam öldürmə, narkotik ticarəti, insan oğurluğu, səyahət sənədlərində saxtakarlıq, silah və sursat saxlama kimi ittihamlarla axtarışda olub.