İstanbulda tanınmış şirkətlərə ƏMƏLİYYAT - 7 rəhbər həbs edildi

İstanbul Baş Prokurorluğu tərəfindən qızıl qaçaqmalçılığına qarşı üçüncü əməliyyat dalğası başlayıb.

İstanbulda tanınmış şirkətlərə ƏMƏLİYYAT - 7 rəhbər həbs edildi
İstanbul Baş Prokurorluğu tərəfindən qızıl qaçaqmalçılığına qarşı üçüncü əməliyyat dalğası başlayıb.

meqale.com Türkiyə mediasına istinadla xəbər verir ki, əməliyyat çərçivəsində "ALEKS Metal", "AgaHolding" və "AgaBullion Precious Metals Inc." daxil olmaqla 7 şirkətə basqınlar həyata keçirilib.

Əməliyyat zamanı bu şirkətlərin sahibi olan 7 şübhəli həbs olunub və ünvanlarında axtarışlar aparılır.

Şübhəlilər aşağıdakı ittihamlarla üzləşirlər:

Cinayət törətmək məqsədilə təşkilat yaratmaq, qaçaqmalçılığa qarşı qanunun pozulması, dövlət qurumlarına və təşkilatlarına ağır ziyan verən dələduzluq, Mərkəzi Bank və əlaqəli qanunların pozulması