İtaliya nəhəngindən "Fənərbağça"nın ulduzuna sürpriz TƏKLİF - FOTO

İtaliyanın "Napoli" klubu hazırda Türkiyə təmsilçisi "Fənərbağça"da çıxış edən Allan Sen-Maksimeni heyətinə qatmaq istəyir.

İtaliya nəhəngindən
İtaliyanın "Napoli" klubu hazırda Türkiyə təmsilçisi "Fənərbağça"da çıxış edən Allan Sen-Maksimeni heyətinə qatmaq istəyir.

meqale.com bildirir ki, bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, Neapol komandası 27 yaşlı vinger üçün müqavilə ilə məxsus olduğu Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubuna təklif göndərib. Hazırda tərəflər arasında danışıqlar davam edir.