Jirunun hansı kluba keçə biləcəyi məlum oldu

"Milan"ın və Fransa yığmasının hücumçusu Olivye Jiru bu yay Avropa futbolunu tərk edə bilər.

Jirunun hansı kluba keçə biləcəyi məlum oldu
"Milan"ın və Fransa yığmasının hücumçusu Olivye Jiru bu yay Avropa futbolunu tərk edə bilər.

meqale.com lente istinadən xəbər verir ki, bu barədə " The Athletic" xəbər verir.

Mənbənin məlumatına görə, 37 yaşlı futbolçu MLS-in "Los-Anceles" klubu tərəfindən nəzərdən keçirilir. Bu komandada Jirunun Fransa millisindəki keçmiş partnyoru, qapıçı Uqo Lloris çıxış edir. Amma hələlik transferlə bağlı heç bir razılaşma yoxdur.

Jiru İtaliya klubuna 2021-ci ildə "Çelsi"dən keçib. Jiru bu mövsüm "Milan"ın heyətində 36 oyunda 14 qol vurub və 9 məhsuldar ötürmə edib.

Fransa millisinin heyətində Jiru 2018-ci ildə dünya çempionu olub.