Premyer Liqa: "Səbail" "Kəpəz", "Qəbələ" "Turan Tovuz"u qəbul edəcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha iki oyunu keçiriləcək.
meqale.com report-a istinadən xəbər verir ki, ilk olaraq "Səbail" "Kəpəz"i qəbul edəcək.
"ASCO Arena"dakı qarşılaşma saat 14:00-da start götürəcək. "Dənizçilər" 21 xalla 4-cü, "Kəpəz" 9 xalla 9-cu pillədə qərarlaşıb.
Günün ikinci matçı Qəbələdə gerçəkləşəcək. Şəhərin eyni adlı komandası "Turan Tovuz"un müqavimətini qırmağa çalışacaq. Meydan sahibləri 8 xalla sonuncu - 10-cu, qonaqlar 15 xalla 8-ci sırada yer alıblar.
Azərbaycan Premyer Liqası
XIV tur
25 noyabr (şənbə)
14:00. "Səbail" - "Kəpəz" Hakimlər: Kamal Umudlu, Eyyub İbrahimov, Teymur Teymurov, Rəşad Əhmədov Hakim-inspektor: Ömər Paşayev AFFA nümayəndəsi: Seymur Səlimli "ASCO Arena"
16:00. "Qəbələ" - "Turan Tovuz" Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Şirmamed Mamedov, Kamran Əliyev Hakim-inspektor: Vüsal Əliyev AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov Qəbələ şəhər stadionu