Jurnalistə vəzifə verildi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "AzInTelecom" MMC-nin Korporativ Kommunikasiya və İctimaiyyətlə əlaqələr bölməsinə yeni rəhbər təyin edilib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu vəzifə qurumun ictimaiyyətlə əlaqələr üzrə meneceri Amin Nəzərliyə həvalə olunub. O, bundan sonra qurumun media üzrə məsul şəxsi kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, A.Nəzərli daha əvvəl "Qafqazinfo"nun əməkdaşı olub.