Kainatın ən az öyrənilən planetinin görüntüsü çəkildi - FOTOlar

NASA-nın "Ceyms Uebb Kosmik Teleskopu" ("James Webb Space Telescope") Uran planetinin unikal və yeni görüntüsünü yayımlayıb.

Kainatın ən az öyrənilən planetinin görüntüsü çəkildi - FOTOlar
NASA-nın "Ceyms Uebb Kosmik Teleskopu" ("James Webb Space Telescope") Uran planetinin unikal və yeni görüntüsünü yayımlayıb.

meqale.com oxuya istinadən bildirir ki, kadrlarda 27 peykin bir çoxu, o cümlədən Ariel, Miranda, Oberon, Titaniya və Umbriel aydın görünür.

Yeni təsvirdə planetin şimal qütbündəki mövsümi bulud örtüyü, eləcə də "papağın" ətrafında dolanan tufanlar da düşüb.

Qeyd edək ki, Uran Günəş sistemində ən az öyrənilmiş planetlərdən biri olaraq qalır. Bundan əlavə, planet fırlanma oxunun ekliptika müstəvisinə 98 dərəcə meyl etməsi ilə fərqlənir. Bu Uranın qütblərindən birinin 21 il kölgədə qalmasına gətirir, həmçinin mövsümlərdə kəskin dəyişiklik yaradır.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

.