Kartofu belə bişirin - Çox dadlı olacaq
Kartof bir çoxlarının sevimli yeməyidir. Hər kəs onu müxtəlif formalarda hazırlayır.
                        meqale.com lente istinadən xəbər verir ki, bu dəfə İsveç üsulu kartofun bişirilmə qaydasından danışacağıq.
Bu dadlı yeməyi hazırlamaq üçün sizə 80-90 dəqiqəyə lazım olacaq.
Hazırlanması:
Kartofu yuyun və qabığını soyun. Daha sonra onları suşi çubuqlarına keçirin. İti bıçaqla çubuğun üzərində dilimləməyə çalışın. Amma dərindən kəsməyin. Kəsiklərin qalınlığı 3-4 millimetr olması məsləhətdir. Onlar akkordeon kimi görünməlidir.
Kartofu azca duzlu suda 15 dəqiqə qaynadın. Perqamentlə örtülmüş çörək qabına qoyun və üzərinə yağ çiləyin. Əvvəlcədən 240 dərəcəyə qədər qızdırılmış sobada 5 dəqiqə ərzində kartofları bişənə qədər gözləyin.
Bişmiş kartofun üzərinə əzilmiş sarımsağı və pendir rəndələyin. Daha 5 dəqiqə sobada saxlayın. Sondakı nəticədən çox razı qalacaqsınız.
Nuş olsun!
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun