Keçmiş arvadına zəng etməsi qadağan olundu

Sumqayıtda küçədə keçmiş arvadı Günel Qurbanovanı (ad-soyad şərtidir) döyən Ənvər Mehdiyevin (ad-soyad şərtidir) məhkəmə prosesi başa çatıb.

Keçmiş arvadına zəng etməsi qadağan olundu
Sumqayıtda küçədə keçmiş arvadı Günel Qurbanovanı (ad-soyad şərtidir) döyən Ənvər Mehdiyevin (ad-soyad şərtidir) məhkəmə prosesi başa çatıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsinin hökmünə əsasən, Ə.Mehdiyevin azadlığı 5 ay 26 gün müddətinə məhdudlaşdırılıb.

Məsələ burasındadır ki, cütlüyün nikahı pozulsa da, Günel bir müddət keçmiş ərinə məxsus evdə qalıb, daha sonra bacısıgilə köçüb. Bu müddətdə Ənvər hər axşam Güneli işdən götürüb evə aparıb. Ötən il hadisə baş verəndə isə, Günel evə avtobusla gedib və Ənvər bundan əsəbiləşib, bundan başqa, boşanmalarına baxmayaraq, qadının şəxsi həyatına müdaxilə edilib. Nəticədə yaranan mübahisə zamanı kişi qadını küçədə döyüb.

Qadın məhkəmədən keçmiş ərinin bu davranışlarına qadağa qoyulmasını xahiş edib.