Keçmiş gəlininin Mətanət İsgəndərli ilə bağlı paylaşımı tənqid edildi - FOTO
Əməkdar artist Mətanət İsgəndərlinin qalmaqal yaşadığı keçmiş gəlini Canana paylaşımı ilə müzakirələrə səbəb olub.
meqale.com axşam.az-a istinadən bildirir ki, Canana instaqram səhifəsində müğənninin fotosunu paylaşaraq "Gözəl qayınanamla" sözlərini yazıb.
Onun bu paylaşımını sosial şəbəkə izləyiciləri tənqid ediblər. Bəziləri onun keçmiş həyat yoldaşı Kərimin xanımına hörmətsizlik etdiyini yazıblar. Bəziləri isə Canananın boşandığı üçün peşman olduğunu vurğulayıb.