Keçmiş polkovnik vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) sabiq prorektoru, polkovnik Rövşən Abdullayev 55 yaşında vəfat edib.

Keçmiş polkovnik vəfat etdi
Bakı Dövlət Universitetinin (BDU) sabiq prorektoru, polkovnik Rövşən Abdullayev 55 yaşında vəfat edib.

meqale.com xəbər verir ki, bu barədə BDU-nun dosenti Fikrət Şiriyev paylaşım edib.

Qeyd edək ki, Rövşən Müslüm oğlu Abdullayev 1969-cu il sentyabrın 18-də Bakıda anadan olub.

BDU-nun Şərqşünaslıq fakültəsini bitirdikdən sonra milli təhlükəsizlik orqanlarında xidmət göstərib, polkovnik rütbəsinə layiq görülüb. O, 2005-2014-ci illərə BDU-nun Ümumi işlər üzrə rektor köməkçisi vəzifəsində çalışıb.