"Kəpəz" "Sabah"ı əliboş yola saldı

"Kəpəz" Misli Premyer Liqasının XXI turunda "Sabah"a qalib gəlib.

"Kəpəz" Misli Premyer Liqasının XXI turunda "Sabah"a qalib gəlib.

meqale.com bildirir ki, meydan sahibləri Tovuz şəhər stadionunda baş tutan turun açılış matçında rəqibini 3:2 hesabı ilə məğlub edib.

Gəncə təmsilçisinin heyətində Mahamadu Ba (11), Əli Səmədov (54) və Rauf Hüseynli (64-p.) fərqlənib. Bakı klubunun qollarını isə Pavol Safranko (6-p.) və Cesse Sekidika (45+3) vurub. Qonaqların futbolçusu İqor Noqeyro 63-cü dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

"Sabah" turnir cədvəlində 28 xalla 5-ci, Gəncə təmsilçisi 17 xalla 9-cu pillədə qərarlaşıb.

Saat 18:30-da isə "Neftçi" doğma meydanda "Şamaxı"nı sınağa çəkəcək. "Ağ-qaralar" 18 xalla yeddinci, qonaqlar 17 xalla səkkizincidir.