KİV: ABŞ-ın Ermənistandakı səfiri geri çağırılacaq, məhkəməyə çıxacaq

ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuin bir ay sonra vəzifəsini tərk edəcək.

KİV: ABŞ-ın Ermənistandakı səfiri geri çağırılacaq, məhkəməyə çıxacaq
ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuin bir ay sonra vəzifəsini tərk edəcək.

meqale.com APA-ya istinadən xəbər verir ki, bu barədə "İravunk" qəzeti xəbər yayıb.

Bildirilib ki, buna səbəb onunla bağlı məhkəmə araşdırmasının başlanmasıdır.

K.Kuinin yerinə Ermənistana daha neytral mövqeyə malik diplomatın göndəriləcəyi ehtimal edilir.

Qeyd edək ki, bu təyinatadək o, ölkəsinin Ukraynadakı müvəqqəti işlər vəkili vəzifəsini tutub.