Kolumbiyada 4,7 ballıq zəlzələ oldu
Kolumbiya sahillərində 4,7 maqnitudalı zəlzələ qeydə alınıb.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri təxminən 86,7 min insanın yaşadığı Tumako şəhərindən 125 kilometr şimal-qərbdə, ocağı 10 kilometr dərinlikdə yerləşir.