Konstitusiya Məhkəməsi baş naziri vəzifəsində saxladı
Koreya Respublikasının Konstitusiya Məhkəməsi Milli Assambleyanın (parlamentin) dəlilləri ilə razılaşmayaraq Baş nazir Han Dok Sunun impiçmentini rədd edib.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Nəticədə Han Dok Su vəzifəsinə bərpa olunub, həmçinin ona Prezident vəzifəsini icra edən statusu da qaytarılıb.
Xatırladaq ki, 2024-cü il dekabrın 27-də parlament hökumət başçısına impiçment elan etmişdi. Deputatlar onu 3 dekabr "qiyamına kömək etməkdə və ya şərait yaratmaqda" ittiham etmişdilər.
Han Dok Su özü israr edir ki, hərbi vəziyyətin tətbiq edilməsinə qarşı olub və dövlət başçısını bu fikirdən daşındırmağa çalışıb.