KTMT-nin hərbi təlimi Ermənistansız başladı
Novosibirsk vilayətində Rusiya Qvardiyasının rəhbərliyi ilə KTMT-nin "Kobalt-2024" xüsusi təliminin açılış mərasimi keçirilib.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, təlimlərdə qüvvə və vasitələrin qruplaşmaları üzrə yeni fəaliyyət formaları və üsulları, yeni silah, hərbi texnika modelləri, həmçinin PUA-lardan istifadənin taktiki üsulları sınaqdan keçiriləcək.
Tədbirdə Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstanın nazirlik və idarələrinin nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, Ermənistan təlimlərdə iştirakdan imtina edib.