Kürdəmirdə BƏDBƏXT HADİSƏ: 45 yaşlı qadın...

Kürdəmirdə 45 yaşlı qadın kimyəvi maddə içərək zəhərlənib.

Kürdəmirdə BƏDBƏXT HADİSƏ: 45 yaşlı qadın...
Kürdəmirdə 45 yaşlı qadın kimyəvi maddə içərək zəhərlənib.

meqale.com bizim media-ya istinadla xəbər verir ki, hadisə rayonun Yeni Şıxımlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1978-ci il təvəllüdlü Telnurə Şıxməmməd qızı Həmidova səhvən su əvəzinə kimyəvi maddə içib.

Yaxınları T.Həmidovanı dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Həkimlər ona ilkin tibbi yardım göstəriblər.

Faktla bağlı araşdırma aparılır.