"Lamborghini" 20 ildən sonra loqosunu dəyişdi - FOTOlar
İtaliyanın "Lamborghini" şirkəti 20 ildən artıq müddətdə ilk dəfə olaraq "qəzəbli öküz" loqosunu dəyişib.
                        meqale.com oxuya istinadən bildirir ki, bu barədə istehsalçının saytında məlumat verilir.
Yeni simvolikada öküz şəkli qalıb, lakin indi rəng sxemi baxımından daha minimalist olub. Ümumilikdə isə, loqo digər əsas xüsusiyyətlərini qoruyub saxlayıb: heraldik qalxan və yuxarı kənar boyunca brend adı. Eyni zamanda, rəsm daha yastı olub, çünki dizaynerlər relyeflərdən imtina etmək qərarına gəliblər.
Qeyd olunur ki, yeni "Lamborghini" loqosunun əsas rəngləri ağ-qaradır, əvvəlki sarı və qızılı isə çalar kimi qalıb.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun