Lənkəranda itkin düşən balıqçıların FOTOları - Yenilənib
Xəbərə foto əlavə olunub ----------- 00:05 Lənkəranda balıqçılar itkin düşüb.
meqale.com-ın verdiyi xəbərə görə bu gün səhər saat 08:00-da balıq tutmaq məqsədilə Lənkəran rayonunun Siyavar kənd sakinləri 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasov dənizə çıxıblar.
Saat 17:00-da geri qayıtmalı olduqları halda, bu saata qədər onlardan heç bir xəbər yoxdur.
Hazırda sahil mühafizə hissəsinin əməkdaşları balıqçıların axtarışını həyata keçirir.