“Liverpul” “Tottenhem”ə uduzdu
İngiltərə Liqa Kubokunun ikinci yarımfinal cütünün ilk oyunu keçirilib.
meqale.com xəbər verir ki, "Tottenhem" doğma meydanda "Liverpul"la qarşılaşıb.
Görüş meydan sahiblərinin qələbəsiylə yekunlaşıb - 1:0.
Oyunda yeganə qolun müəllifi isə 86-cı dəqiqədə Lukas Berqval olub.
Komandalar arasında cavab oyunu fevralın 6-də Liverpulda keçiriləcək.