“Liverpul”un ulduzuna fantastik təklif
"Liverpul"un ulduz futbolçusu "Əl-Hilal"ın "radarı"na düşüb.
meqale.com xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu Vircil Van Daykı transfer etmək istəyir. Bu barədə "L'EQUİPE" nəşri məlumat yayıb.
Ərəblər təcrübəli müdafiəçiyə illik 20 milyon avro maaş təklif edir.