Yeni ili ən tez bu ölkə qarşılayacaq

Hər zaman olduğu kimi 2026-cı ilə də keçid dünyanın bütün regionlarında, ölkələrində eyni vaxtda baş verməyəcək. Ölkələr və ya ərazilər zaman zonasına uyğun olaraq yeni il qarşılanacaq. 

meqale.com xəbər verir ki, 2026-cı ili dünyada ilk qarşılayan ölkə Kiribati Respublikası olacaq.

Xüsusilə bu ölkəyə məxsus Kiritimati adası digər bölgələrə nisbətən 14 saat qabaqda yerləşir ki, bu da Yer kürəsində ən qabaqcıl vaxt zonası hesab olunur.

Adada yeni il Bakı vaxtı ilə 31 dekabr 2025-ci il saat 14:00-da qeyd olunacaq.

Bununla yanaşı, Yeni Zelandiya Çatram adaları Bakı vaxtı ilə 31 dekabr saat 14:15-də Yeni ili qarşılayacaq. Həmçinin Yeni Zelandiya (Şimal və Cənub adaları), Tonqa və Samoa ərazisində Yeni il Bakı vaxtı ilə 31 dekabr 15:00-da qarşılanacaq.

Bundan sonra Avstraliya, Yaponiya, Cənub-Şərqi Asiya və digər regionlar mərhələli şəkildə 2026-cı ilə daxil olacaqlar.