Luvrdan oğurlanan əşyaları bu ölkəyə satmaq istəyiblər

İsrailin təhlükəsizlik və analitik məsələləri üzrə ixtisaslaşmış şirkəti "CGI Group" bəyan edib ki, ona oktyabrın 19-da Luvr muzeyindən oğurlanmış qiymətli əşyaların bir hissəsini "darknet" (Qaranlıq şəbəkə - red.) vasitəsilə əldə etmək təklif olunub.

meqale.com oxuya istinadən xəbər verir ki, "Luvrdakı qarətdən beş gün sonra oğruların nümayəndəsi olduğunu iddia edən şəxs "CGI Group"un rəsmi saytı vasitəsilə bizimlə əlaqə saxlayıb. O, oğurlanmış incəsənət əsərlərinin "darknet" vasitəsilə alınması üçün danışıqlar aparmağa hazır olub-olmadığımızı soruşub və cavab vermək üçün 24 saatımızın olduğunu vurğulayıb", - deyə şirkətin baş direktoru Tsivika Nave nəşrə bildirib.

O, qeyd edib ki, ünsiyyət "CGI Group"un saytı üzərindən başlayıb və daha sonra "darknet"ə keçib.