Mbappe tarixə düşdü

Fransa millisinin və "Real Madrid"in hücumçusu Kilian Mbappe tarixi rekorda imza atıb. O, karyerasında 400 qola çatan ən gənc futbolçu olub.

Mbappe tarixə düşdü
Fransa millisinin və "Real Madrid"in hücumçusu Kilian Mbappe tarixi rekorda imza atıb. O, karyerasında 400 qola çatan ən gənc futbolçu olub.

meqale.com-ın məlumatına görə, Mbappe bu göstəriciyə Pele­dən sonra çatan ilk oyunçudur.

26 yaşlı ulduz hücumçu Fransanın Ukrayna üzərində 4:0 hesablı qələbəsində iki qol vuraraq komandasına DÇ-2026-ya vəsiqə qazandırıb. Onun vurduğu ikinci qol karyerasındakı 400-cü qol kimi qeydə alınıb.

Beləcə, 21-ci əsrdə heç bir futbolçu bu nailiyyətə Mbappedən daha tez yetişə bilməyib. Futbol tarixində 26 yaşa çatmadan 400 qol vurmağı bacaran yeganə digər futbolçu isə braziliyalı əfsanə Pele olub - o, bu rəqəmə 23 yaşında çatmışdı.

Mbappe ilə Pele arasında müqayisələr 2018-ci ildə daha da güclənmişdi. Həmin vaxt fransalı hücumçu Dünya Çempionatının finalında qol vuran tarixdə ikinci yeniyetmə olmuşdu. Bu rekorda ilk dəfə 1958-ci il mundialının finalında Pele imza atmışdı.

Mbappenin 400-cü qola rekord sürətlə çatmasında 2025/2026 mövsümünə uğurlu startı da rol oynayıb - o, klub və milli komanda daxil olmaqla, 20 oyunda 23 qol vurub.