Mehriban Əliyeva Sabir Zeynalovu təbrik edib - FOTO
Birinci vitse-prezident Mehriban Əliyeva parataekvondoçu Sabir Zeynalovu Parisdə keçirilən Paralimpiya Oyunlarında bürünc medal qazanması münasibətilə təbrik edib.
                        meqale.com Trend-ə istinadən xəbər verir ki, Birinci vitse-prezident bununla bağlı rəsmi İnstaqram səhifəsində post paylaşıb.
"Parataekvondoçu Sabir Zeynalov "Paris-2024" Yay Paralimpiya Oyunlarında Azərbaycana ilk medalı qazandırdı! Bürünc mükafatçını səmimi-qəlbdən təbrik edir, milli yığmamızın bütün üzvlərinə güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!", - paylaşımda deyilir
meqale.com Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun