6,6 gücündə zəlzələ oldu - Tonqa sahilində
Okeaniyanın Polineziya subregionunda yerləşən Tonqa Krallığının sahilində 6,6 maqnitudalı zəlzələ olub.
meqale.com report.az-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Mərkəzin verilənlərinə görə, təbiət hadisəsinin episentri krallığın paytaxtı Nukualofadan 191 km şimalda olub. Zəlzələnin ocağı 140 km dərinlikdə yerləşib.
Tələfat və dağıntı barədə məlumat verilməyib. Regionda sunami təhlükəsi elan olunmayıb.