Məktəbli qız doğduğu uşağı tualetə atıb qaçdı
Türkiyənin Balıkesir şəhərində 15 yaşlı qız Torpaq Reyestrinin tualetində uşaq dünyaya gətirib.
meqale.com yerli mediaya istinadla xəbər verir ki, müəssisəyə gələn qonaq tualetdə yeni doğulan oğlan uşağını görüb və dərhal xadiməyə xəbər verib. İşçilər uşağı tualetdən çıxararaq polisə müraciət ediblər.
Qeyd olunur ki, ananın şəxsiyyəti videokamera kameralarının qeydləri sayəsində müəyyən edilib. Yeniyetmə qız atası və nənəsi ilə şöbəyə gəlib.