Məşhur aktrisa və ondan narkotik alan azərbaycanlı tutuldu - FOTO

Türkiyədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən komediya aktrisası saxlanılıb.

Məşhur aktrisa və ondan narkotik alan azərbaycanlı tutuldu - FOTO
Türkiyədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən komediya aktrisası saxlanılıb.

meqale.com yerli mediaya istinadla bildirir ki, İstanbul şəhərinin Kadıköy qəsəbə polisinin keçirdiyi əməliyyat nəticəsində komediya səhnələrində yer alan 29 yaşlı aktrisa Selin Dilmaç və ondan narkotik alan azərbaycanlı Ruslan A. saxlanılıblar.

Narkotik aludəçisi olduğunu etiraf edən Selin Dilmaç ifadəsində bildirib ki, 3 gün əvvəl U.K. adlıbiri ilə tanış olub. Ondan özü üçün narkotik maddə alıb:

"Sonra U.K. zəng edib dedi ki, görüşək və narkotikləri sənə verim. Mən də razılaşıb götürdüm. Həmin narkotikləri 1500 lirə qarşılığında Ruslan A.-ya verməli idim. Ancaq narkotikləri ona verərkən polis tərəfindən tutulduq".