Məşhur aktyor 6 dəfə infarkt keçirdi - FOTOlar
Məşhur aktyor 6 dəfə infarkt keçirib: 'Yaşamaq şansım sıfıra yaxın idi, amma sağ qaldım'
meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur aktyor Mark Şeppard açıqlaması ilə pərəstişkarlarını və sevənlərini heyrətə gətirib.
Sheppard ardıcıl 6 dəfə infarkt keçirdiyini və ölümdən çətinliklə xilas olduğunu açıqlayıb.
59 yaşlı Mark Şeppard İnstaqram hesabında "Buna inanmayacaqsınız! Dünən görüşə gedərkən mətbəximdə yıxıldım" yazıb və yataq otağında uzanarkən çəkdirdiyi selfisini paylaşıb.
Sol ön damarının 100 faiz tutulduğunu deyən məşhur aktyor "Altı dəfə böyük infarkt keçirdim və az qala öləcəkdim" sözləriylə qorxduğunu bildirib.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun