Məşhur aktyor xərçəngə məğlub oldu - FOTO

1970-ci illərin aparıcı Hollivud ulduzu Rayan O'Nil vəfat edib.

Məşhur aktyor xərçəngə məğlub oldu - FOTO
1970-ci illərin aparıcı Hollivud ulduzu Rayan O'Nil vəfat edib.

meqale.com axşam.az-a istinadən bildirir ki, aktyor ABŞ-də 82 yaşında dünyasını dəyişib. Bu barədə onun oğlu Patrik məlumat yayıb.

Qeyd edək ki, 2001-ci ildə Rayana xroniki leykoz, 2012-ci ildə isə prostat xərçəngi diaqnozu qoyulub.

O, "Məhəbbət hekayəsi" ("Qızıl Qlobus" və "Oskar"), "Nə var, doktor?", "Əsas hadisə", "Kağız ay" ("Qızıl Qlobus"), "Barri Lindon" filmlərindəki rolları ilə dünya şöhrəti qazanıb.