Məşhur baş məşqçi vəfat etdi - FOTO

Norveç millisinin keçmiş baş məşqçisi və müdafiəçisi Oqe Hareyde 72 yaşında dünyasını dəyişib.

Məşhur baş məşqçi vəfat etdi - FOTO
Norveç millisinin keçmiş baş məşqçisi və müdafiəçisi Oqe Hareyde 72 yaşında dünyasını dəyişib.

meqale.com xəbər verir ki, məlumatı cümə axşamı ailəsi Norveç mediasına təsdiqləyib.

Qeyd olunur ki, noyabr ayında Norveç və Danimarkada çalışmış təcrübəli mütəxəssisə beyin xərçəngi diaqnozu qoyulmuşdu.

Qeyd edək ki, Hareyde 2016-2020-ci illərdə Danimarka millisinin baş məşqçisi olub və komandanı 2018-ci il Dünya Kubokunda 1/8 final mərhələsinə qədər aparıb. O, həmçinin 2003-2008-ci illərdə Norveç millisində çalışıb.