Məşhur iş adamını şir parçaladı - FOTO
Namibiyada səhra aslanlarını dəstəkləmək üçün bir çox işlərə qatılan və külli miqdarda pul xərcləməsi ilə tanınan iş adamı Bernd Kebbel aslanın hücumuna məruz qalaraq həyatını itirib.
meqale.com bildirir ki, alman iş adamı Bernd Kebbelin təbiətlə bağlı bir çox araşdırmada adı ön sıralarda çəkilirdi.
Hadisə Namibiyanın şimal-qərbindəki Kunene bölgəsində baş verib. Dostları ilə ərazidə düşərgə salan Bernd Kebbel tualetə getmək üçün gecə gec saatlarda çadırını tərk edib. Çadırdan çıxarkən aslanın alman iş adamını öldürüb
Turizm Nazirliyi və polisin hadisə yerindən topladığı məlumata görə, Kebbelin boyun nahiyəsindən aldığı dişləmə yarası onun ölümünə səbəb olub.