Məşhur komediya ustası tanınmaz halda - FOTO

Komediyaçı Emre Mutlu, keçirdiyi mədə kiçiltmə əməliyyatından sonra inanılmaz bir dəyişiklik yaşayıb. O, cəmi 18 ayda 133 kilo arıqlayaraq son görünüşü ilə hər kəsi təəccübləndirib.

meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2013-2016-cı illər arasında Vine platformasında paylaşdığı videolarla tanınan və məşhurlaşan Mutlunun hazırda Instagram-da 2 milyondan çox izləyicisi var. Videoları ilə böyük maraq toplayan fenomen, bu dəfə isə arıqlaması ilə gündəmə gəlib.

Mutlu, ötən gün sosial media hesabında köhnə və indiki halını paylaşaraq izləyicilərinə böyük sürpriz edib. Onun illər ərzindəki dəyişimi görənlər şoka düşüb.

Məşhur komediyaçı açıqlamasında hədəfinə çatmaq üçün hələ 23 kilo daha verməsi lazım olduğunu bildirib.