Messidən avtoqraf istəyən hakimin cəzası bəlli oldu
23:56 Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyaları (CONCACAF) Çempionlar Liqasının oyunundan sonra ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messidən avtoqraf istəyən hakim Marko Antonio Ortis Nava 6 ay müddətinə diskvalifikasiya edilib.
"Report" xəbər verir ki, bu barədə ESPN telekanalı məlumat yayıb.
KONKAKAF-ın bayrağı altında keçirilən oyunlardan kənarlaşdırılan ədalət təmsilçisi Meksika çempionatının matçlarını idarə edə bilər.
Qeyd edək ki, 38 yaşlı referi ABŞ-nin digər təmsilçisi "Sportinq Kanzas Siti" ilə matçın ardından Messiyə yaxınlaşıb və ondan avtoqraf istəyib.
--------------- 2025.02.22 Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (CONCACAF) meksikalı referi Marko Antonio Ortisi Çempionlar kuboku oyunundan sonra etdiyi hərəkətlərə görə cəzalandırmaq qərarına gəlib.
meqale.com-ın xarici KİV-ə istinadla məlumatına görə, hakim "İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messidən avtoqraf istəyib ki, bu da hakimliyin etik standartlarına ziddir.
Turnirin 1/16 final mərhələsində keçirilən "İnter Mayami" - "Sportinq Kanzas-Siti" oyunu ABŞ komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 56-cı dəqiqədə Messi vurub. Final fitindən dərhal sonra Ortis səkkiz dəfə "Qızıl top"un qalibinə yaxınlaşaraq avtoqraf istəməsi CONCACAF -ın narazılığına səbəb olub.