Meyxana həvəskarlarına şad xəbər: efirə qayıdır - FOTO

İllər əvvəl fəaliyyəti dayandırılmış ANS kanalında yayımlanan "De, gəlsin" meyxana yarışması yenidən ekrana qayıdır.

Meyxana həvəskarlarına şad xəbər: efirə qayıdır - FOTO
İllər əvvəl fəaliyyəti dayandırılmış ANS kanalında yayımlanan "De, gəlsin" meyxana yarışması yenidən ekrana qayıdır.

meqale.com xəbər verir ki, bu barədə aktyor Elcan Rəsulov sosial şəbəkədə bildirib. O, aparıcı Emin Əfəndi ilə fotosunu izləyiciləri bölüşərək bunları yazıb:

"Tezliklə "De, gəlsin" olacaq. Əfsanəvi proyekt yeni stildə, dizaynda, müasir formatda və sintezatorsuz meyxana olacaq. Yalnız sözə üstünlük veriləcək. Ona görə söz bilənlər hazır olsun".