Millimiz Albaniyanı məğlub etdi

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatında ilk oyununa çıxıb.

Millimiz Albaniyanı məğlub etdi
Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatında ilk oyununa çıxıb.

meqale.com axar.az-a istinadən xəbər verir ki, yığma Priştinada keçirilən C divizionunun B qrupunda Albaniya seçməsi ilə üz-üzə gəlib. Görüş milli komandanın 72:53 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (21 xal, 4 ribaund) olub.

Azərbaycan yığması qrupdakı növbəti matçını iyulun 24-də Bakı vaxtı ilə saat 19:00-da Gürcüstana qarşı keçirəcək.