Mingəçevirdə ana qazi oğlundan 50 gün sonra dünyasını dəyişdi - FOTO
Mingəçevirdə 50 gün əvvəl vəfat etmiş Vətən müharibəsi qazisi Namaz Şirinovun anası da dünyasını dəyişib.
meqale.com xəbər verir ki, mərhum qazinin anası 1967-ci il təvəllüdlü Gülüstan Şirinova ötən gün tək yaşadığı evdə vəfat edib.
Qeyd edək ki, Namaz Şirinovun atası Birinci Qarabağ müharibəsi veteranı olub və bir neçə il əvvəl dünyasını dəyişib./"qafqazinfo"