Misli Premyer Liqasında XXIV turun daha iki oyunu keçiriləcək
Misli Premyer Liqasında XXIV tura yekun vurulacaq.
Trend xəbər verir ki, ilk olaraq "Şamaxı" "Turan" Tovuzu qəbul edəcək.
Məlumata görə, qarşılaşma saat 14:30-da başlayacaq.
Ardınca isə "Zirə" "Kəpəz"i sınağa çəkəcək. Matçın start fiti saat 17:00-da start götürəcək.
Turnir cədvəlində "Zirə" 42 xalla üçüncü, "Turan" Tovuz 39 xalla dördüncü sırada yer alıb. 2 xalı olan "Şamaxı" səkkizinci və 19 xala malik "Kəpəz" doqquzuncu yerdə qərarlaşıb.