MN qəzada ölən hərbçilərin adlarını açıqladı - YENİLƏNİB
Yanvarın 4-ü Laçın rayonunda, çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olub.
--------
17:30
Laçın rayonunda hərbi avtomobil qəzaya uğrayıb.
meqale.com oxuya istinadən xəbər verir ki, hadisə zamanı "Ural" markalı avtomobil qəzaya düşüb.
Hadisə yanvarın 4-də səhər saat 09:30 radələrində baş verib.
Qəza nəticəsində iki nəfər hərbçinin öldüyü, 9 nəfərin isə yaralandığı haqqında məlumat var.
Yaralılar Bərdədəki xəstəxanaya aparılıblar.