Mobil Filmlərin son qəbul tarixinə 5 gün qaldı
Fikir çəkmə, telefona çək!
CINEMO Mobil Film Festivalının təsiçisi və rəhbəri Ruslan Sabirli bu barədə verib məlumat verib: "Mobil Filmlərin festivala qəbulu 5 gündən sonra bitir. Belə ki, 31 yanvar, saat 23.59-da mobil filmlərin festivala qəbulu dayandırılır. İştirak etmək arzusunda olanları tələsməyə, filmləri vaxtında təqdim etməyə cağırırıq və hər kəsə uğurlar arzulayırıq. Xatırladım ki, festivalda iştirak etmək üçün iştirakçılar mobil telefona film çəkib göndərməlidirlər."
Festival qaliblərini aşağıdakı məbləğlərdə pul mükafatı gözləyir:
İştirakçıların qeydiyyatı və filmlərin son qəbul tarixi: 31 yanvar 2024-cü il
"Fikir çəkmə, telefona çək" sloqanlı CINEMO Mobil Film Festivalının məqsədləri gənclərin yaradıcı fəallığının dəstəklənməsi, gənclər arasında mobil film istehsalının populyarlaşdırılması, gənclərin mobil çəkiliş sahəsində biliklərinin artırılması, istedadlı mobiloqraf və kinematoqrafların üzə çıxarlıması, mobil filmin geniş imkanları vasitəsilə sosial dəyərlərin təbliği, istedadlı gənclər arasında yaradıcı əlaqələrin qurulmasıdır.
CINEMO Mobil Film Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Yaradıcı Həftə" çərçivəsində Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə keçirilir.
Festivalda iştirak şərtləri, filmlərə tələblər, mükafat fondu və s. barədə ətraflı məlumatı festivalın www.cinemoff.com internet səhifəsindən və ya festivalın sosial şəbəkələrdəki hesablarından əldə etmək mümkündür:
E-mail: [email protected]
Facebook: https://www.facebook.com/cinemoff
Instagram: https://www.instagram.com/cinemoff/
Youtube: https://www.youtube.com/@cinemoff