Mourinyo "Qalatasaray"ı məhkəməyə verdi
"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo "Qalatasaray" klubuna qarşı məhkəmə iddiası qaldırıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis İstanbul klubundan 1 milyon 907 min TL məbləğində mənəvi təzminat tələb edir. Bu barədə "Fənərbaxça"nın mətbuat xidməti məlumat yayıb.
Mourinyo Super Liqanın 25-ci turunda "Qalatasaray"la oyundan (0:0) sonra rəqib texniki heyətinə qarşı "meymun kimi tullanırdılar" ifadəsini işlədib. "Qalatasaray" bu ifadəni irqçi xarakter daşıdığı üçün məhkəməyə verib.