Müəllimləri daşıyan avtobus yük maşını ilə toqquşdu - xeyli yaralı və ölən var
Rusiya Federasiyasının Vladimir vilayətində müəllimləri daşıyan avtobus ilə yük maşını toqquşub.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə vilayət qubernatoru Aleksandr Avdeyev "Telegram" kanalında məlumat verib.
Hadisə nəticəsində 23 nəfər xəsarət alıb, onlardan ikisi reanimasiyadadır.
Yeddi nəfərin vəziyyəti orta-ağırdır.
Qəza zamanı avtobusun sürücüsü yerindəcə dünyasını dəyişib.