Muğla Hava Limanına gələn sərnişinlərin sayı artdı

2024-cü ilin aprel ayında Türkiyənin Muğla Dalaman Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz artaraq, 594 min 299 nəfər olub.

Muğla Hava Limanına gələn sərnişinlərin sayı artdı
2024-cü ilin aprel ayında Türkiyənin Muğla Dalaman Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz artaraq, 594 min 299 nəfər olub.

meqale.com-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2024-cü ilin aprel ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 20 faiz artaraq 351 min 610 nəfər, beynəlxalq reyslər üzrə isə 33 faiz artaraq 242 min 689 nəfər təşkil edib.

2024-cü ilin aprel ayında hava limanının yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 25 faiz artaraq 5 min 641 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin aprel ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq, 2 min 637 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 37 faiz artaraq, 3 min 4 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin aprel ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin aprel ayı ilə müqayisədə 2 faiz azalaraq, 6 min 734 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 7 faiz azalaraq 5 min 12, beynəlxalq reyslər üzrə isə 14 faiz artaraq 1 722 olub.

Bu ilin aprel ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 61 milyon 818 min 685 nəfər, yük dövriyyəsi isə 1 milyon 373 min 395 ton təşkil edib.