Musa Qurbanlının İsveç təmsilçisindəki taleyinə aydınlıq gətirildi
"Musa Qurbanlı 2024-cü ildə komandada qalacaq".
meqale.com oxuya istinadən xəbər verir ki, bunu "Yurqorden" klubunun idman direktoru Bosse Andersson Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının İsveç təmsilçisindəki taleyi ilə bağlı danışarkən deyib.
Funksioner 21 yaşlı hücumçunun komandadan getməyəcəyini bildirib:
"O, ötən mövsümkü çıxışından məyusdur. Həmçinin, daha çox çalışmaq istədiyini göstərir. Ondan nələrin tələb olunduğunu da anlayır".